Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət edəcək

Ermənistan Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət edəcək

Tarix: 5 Mart 2024 11:36

Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi"nin deputatları ilə qapalı görüşdə bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) üzvlüyünə namizəd olmaq üçün payıza qədər müraciət etməlidir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Hraparak" nəşri partiyadakı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, görüş martın 1-də parlamentdə keçirilib. Görüşdə nazirlər və Təhlükəsizlik Şurasının katibi də iştirak edib.

Paşinyan açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyanın regiondan sıxışdırılması üçün əməli addımlar atmasını tələb edir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çarə yoxdur.

"Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları ondan Aİ-yə üzvlüyə namizəd olmağı tələb edir. Hərbi cəhətdən olmasa da, heç olmasa iqtisadi cəhətdən bu, Ermənistanın güclənməsinə imkan verəcək", - qəzet qeyd edir.


Etiketlər:  Ermənistan üzvlüyünə namizəd olmaq üçün müraciət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ