Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhram Bağırzadə Xoşqədəmi, Elgizi belə ələ saldı - VİDEO

Bəhram Bağırzadə Xoşqədəmi, Elgizi belə  ələ saldı - VİDEO

Tarix: 5 Mart 2024 13:15

Əməkdar artist, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun ən məşhur iştirakçısı, aktyor Bəhram Bağırzadə son paylaşımı ilə gündəmə gəlib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, yerli telekanallarda yayımlanan müxtəlif sosial verilişlərdən fraqmentləri toplayan aktyor bu səhnələrdən video-çarx hazırlayıb.

Proqramlarda yayımlanan qışqır-bağır görüntülərinə heç bir şərh verməyən sənətçi sözügedən kadrlara təəccüblə baxmaqla kifayətlənib.

Onun bu görüntüləri pərəstişkarlarının marağına səbəb olub. Bağırzadənin bir kəlmə belə demədən sosial verilişləri tənqid edə bilməsi alqışlanıb.

Qeyd edək ki, video-çarx Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin və Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişindən fraqmentlər yer alıb.

Milli.Az


Etiketlər:  Bəhram Bağırzadə Xoşqədəmi Elgizi belə ələ saldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ