Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

32 yaşlı qadın faciəvi şəkildə ÖLDÜ - FOTOlar

32 yaşlı qadın faciəvi şəkildə ÖLDÜ - FOTOlar

Tarix: 5 Mart 2024 14:36

Türkiyənin Karabük vilayətində 32 yaşlı qadın istinad divarından yıxılaraq həyatını itirib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, araşdırmada Hande C.-nin yıxıldıqdan sonra başından aldığı zərbə nəticəsində öldüyü müəyyən edilib.

Gənc qadının bədənində döyülmə və güllə yarasının olmadığı bildirilib. Şübhəli ölümü araşdıran polislər qadının müvazinətini itirərək yerə yıxılması ehtimalını nəzərdən keçirir.

Ayaqqabıları yol kənarında tapılan qadının hündürlüyü təxminən 5 metr olan divardan bağçadakı beton döşəmənin üzərinə yıxıldığı ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam edir. 

Milli.Az


Etiketlər:  32 yaşlı qadın faciəvi şəkildə ÖLDÜ FOTOlar


RƏYLƏR