Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Küçədə saxlayıb dedi ki, sizdən zəhləm gedir”

“Küçədə saxlayıb dedi ki, sizdən zəhləm gedir”

Tarix: 5 Mart 2024 17:40

"Məşhurluğun müsbət tərəfi odur ki, küçədən keçəndə insanlar yaxınlaşır, sevgilərini ifadə edirlər. Yaxud deyirlər ki, sizdən zəhləm gedir. Bu da bir diqqətdir. Kimsə şəkil çəkdirmək istəyir, bu da xoşdur".

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov deyib:

"Məşhurluğun mənfi tərəfi isə azdır. Məsələn, hər yerdə sərbəst gəzə bilmirəm. İctimai nəqliyyatdan istifadə etməyi çox sevirəm, amma bunu da edə bilmirəm. Çünki narahat oluram".

İfaçı tənqid edilməsi barədə belə deyib:

"Əgər söhbət sağlam tənqiddən gedirsə, onlara qulaq asıram. Bu sahədə peşəkardırsa, mütləq onu dinləyirəm və dərs çıxarıram. Elə insanlar var ki, həm tənqid, həm də təhqir edirlər. Özləri də bilmirlər ki, vəziyyət nə yerdədir, necə olmalıdır! Onlara da əsəbiləşmirəm. Danışsınlar..."

Müğənni "Avroviya-2024" Beynəlxalq Mahnı Müsabiqəsinin namizədlərindən də danışıb:

"Bütün iştirakçılar peşəkar ifaçılardır, möhtəşəmdirlər. Mahnılar da çox gözəldir. Hansı iştirakçı getsə, düşünürəm ki, çox uğurla bizi təmsil edəcək. Hər bir mahnıda azərbaycançılıq, milli kolorit var. İştirakçıların hər birinə uğurlar arzu edirəm".


Etiketlər:  Küçədə saxlayıb dedi sizdən zəhləm gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ