Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2024 12:10
"Göyçək" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva yenidən əməliyyat olunacaq.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi "Evdəkilərə salam" verilişinə müsahibəsində deyib.
Fatimə bildirib ki, yaxın zamanda buxaq əməliyyatı etdirəcək:
"Arıqlayanda üzün yanaqdan çənəyə doğru hissəsi aşağı düşür. Məndə də eyni haldır. Buxaq nahiyəm düşüb. Əslində, bu mənə yaraşır, amma mən o hissənin sallandığını gördükcə əsəbiləşirəm. Çəkilişlərdə də bunu görürəm. Bu səbəbdən yaxın zamanda buxaq götürmə əməliyyatı keçirəcəyəm".
Qeyd edək ki, Fatimə Fətəliyeva daha əvvəl piysovdurma və bədənşəkilləndirmə əməliyyatı keçirib.