Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üçüncü dəfə əməliyyat olundu

Üçüncü dəfə əməliyyat olundu

Tarix: 7 Mart 2024 09:50

Bu həftə xəstəxanadan evə buraxılacağı gözlənilən türkiyəli aktyor Səttar Tanrıöğenin səhhəti yenidən pisləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl iki dəfə əməliyyat olunan Tanrıöğənin baş ağrıları artıb. Müayinələr zamanı onun yenidən əməliyyat olunmasına qərar verilib.

Aktyorun müalicəsi bir müddət xəstəxanada davam edəcək.

Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən əməliyyat olunmuşdu. Tanrıöğen səhhətində yaranan problemə görə son rol aldığı "Kızılcık şerbeti"nin aktyor heyətindən ayrılıb. Onun canlandırdığı "Abdullah" obrazını isə ekran işində aktyor Ahmet Mümtaz Taylan əvəzləyəcək.

Milli.Az


Etiketlər:  Üçüncü dəfə əməliyyat olundu


RƏYLƏR