Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Filadelfiyada dayanacaqda DƏHŞƏT: Yaralılar var

Filadelfiyada dayanacaqda DƏHŞƏT:  Yaralılar var

Tarix: 7 Mart 2024 09:52

ABŞ-nin Filadelfiya şəhərində dayanacaqda avtobus gözləyən yuxarı sinif şagirdi səkkiz yeniyetmə odlu silah yarası alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qurumun məlumatına görə, yaşı 15-17 aralığında olan səkkiz yeniyetməyə doğru 30 dəfə atəş açılıb. Onlardan doqquzu 16 yaşlı oğlana tuş gəlib, onun vəziyyəti ağırdır.

Digər yaralıların (altı oğlan və bir qız) vəziyyəti stabildir. Polis durmuş avtomobildən atəş açmış üç naməlum şəxsi axtarır.

Telekanal qeyd edib ki, bu son dörd gündə Filadelfiyada dayanacaqda baş vermiş dördüncü silahlı insidentdir ki, onlardan üçü ölümlə sonuclanıb.

Milli.Az


Etiketlər:  Filadelfiyada dayanacaqda DƏHŞƏT Yaralılar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ