Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış rejissor 72 yaşında vəfat etdi

Tanınmış rejissor 72 yaşında vəfat etdi

Tarix: 7 Mart 2024 11:40

Litvalı teatr rejissoru Rimas Tuminas vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rejissor uzun sürən xəstəlikdən sonra ötən gün İtaliyada, xəstəxanada 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildə ona ağciyər xərçəngi diaqnozu qoyulub. 

Tuminas Vaxtanqov teatrının bədii rəhbəri idi. O, 2022-ci ilin yazında vəzifəsini tərk edib. Buna səbəb sağlamlığı göstərilsə də Ukrayna ilə meharibə ərəfəsində Rusiya ilə bağlı açıqlamalarına görə ətrafında yaranan qalmaqala görə vəzifəsindən getdiyi istisna edilmir.

Belə ki, Tuminasın audio yazısı internetdə yayılıb və orada rejissor rusları və Rusiya hökumətini tənqid edib.

Bu səbəbdən 2022-ci il mayın 16-da Baş nazir Mixail Mişustinin sərəncamı ilə o, 2021-ci ildə "Edip Reks" filminin istehsalına görə və Rusiya mədəniyyətinin inkişafındakı mühüm töhfələrinə görə layiq görüldüyü Rusiya Hökuməti Mükafatından məhrum edilib.

Milli.Az


Etiketlər:  Tanınmış rejissor 72 yaşında vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ