Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barbi”yə həsr olunan avtomobil nömrəsi inanılmaz qiymətə satılır - FOTO

“Barbi”yə həsr olunan avtomobil nömrəsi inanılmaz qiymətə satılır - FOTO

Tarix: 7 Mart 2024 18:58

Böyük Britaniyada ixtisaslaşmış internet saytlarından birində üzərində "Barbie" yazısı olan avtomobil qeydiyyat nişanının satışı ilə bağlı elan peyda olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qeydiyyat nişanı 1,05 milyon funt sterlinq (təxminən 1,33 milyon dollar) dəyərində qiymətləndirilib.

Bildirilib ki, nömrə 1967-ci il yanvarın birindən sonra qeydiyyatda olan istənilən avtomobilə quraşdırıla bilər. Əgər sövdələşmə baş tutsa, bu, Böyük Britaniyada ən bahalı avtomobil qeydiyyat nişanı olacaq.

Milli.Az


Etiketlər:  Barbiyə həsr olunan avtomobil nömrəsi inanılmaz qiymətə satılır FOTO


RƏYLƏR