Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

36 yaşlı kişidə 20 sm-lik tromb tapıldı

36 yaşlı kişidə 20 sm-lik tromb tapıldı

Tarix: 8 Mart 2024 06:48

Moskvada Mıtişinski şəhər xəstəxanasının həkimləri 36 yaşlı kişidə nəhəng tromb aşkarlayıblar.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, pasiyentin 2 əsas şikayəti var idi: keyimə, uyuşma və kəskin ağrı.

Müayinələr dizaltı arteriyada uzun bir tromb aşkarlayıb.

Həkimlər təcili olaraq, əməliyyatla 20 sm-lik trombu arteriyadan çıxarıblar. Əməliyyat 6 saat davam edib.

Pasiyentin ayağını qorumaq mümkün olub.

Tromboz - damarın içində qan laxtasından trombun yaranmasıdır. Bu ciddi vəziyyətdir və ölümlə nəticələnə bilər.

Trombun simptomları:

- Tromb yaranan sahədə qızartı, şiş

- Ağırlıq hissi

- Yanma hissi

- Həmin damarda pulsasiyanın olmaması

Yaşı 40-dan yuxarı olanlar risk qrupundadır.

Milli.Az


Etiketlər:  36 yaşlı kişidə 20 sm lik tromb tapıldı


RƏYLƏR