Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” mövqeyini qorudu

“Qarabağ” mövqeyini qorudu

Tarix: 8 Mart 2024 16:54

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 63-cüdür.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasının "Bayer"lə ev oyunundakı heç-heçə (2:2) ilə hesabını 1 xal zənginləşdirib. Bununla da Azərbaycan çempionu mövqeyni qoruyub.

"Neftçi" 27 xalla 242-cidir. "Sabah" 20 xalla 265-cı, "Qəbələ" 5 xalla 367-cıdır.

Qeyd edək ki, siyahıya 2432 xala malik "Real" başçılıq edir.

Milli.Az


Etiketlər:  Qarabağ mövqeyini qorudu


RƏYLƏR