Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İllərdir filmlərdə gördüyümüz zombilər realdır: Harada gizləndikləri bilindi

İllərdir filmlərdə gördüyümüz zombilər realdır: Harada gizləndikləri bilindi

Tarix: 9 Mart 2024 15:02

İllərdir serial və filmlərdə gördüyümüz zombilər reallaşır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, alimlər "Zombi ekosistemi kəşf edildi" -deyə, məlumat yayıb.

"Yerin altında nələr var?"- sualına cavab tapmaq üçün qazıntılar aparmağa başlayan elm adamları maraqlı bir bakteriya qrupu aşkar ediblər. Onlar bəzi detalları da üzə çıxarıb.

Böyük miqdarda karbonun, eləcə də yaşayan zombi bakteriyalarının kəşfi bütün bəşəriyyəti şoka salıb.

Qrupun apardığı tədqiqatların nəticələri Amerika Geofizika Birliyinin hesabatında yer alıb.

Hesabatda müxtəlif qitə və dənizlərdən nümunələrin götürüldüyü bildirilib. Mütəxəssislər kontinental mədənlərdən və 5 km-dən daha dərinlikdəki qazmalardan götürülmüş mikroblardan istifadə edərək, yer səthinin altında tapılan biosferin modellərini yarada bilib.

Milli.Az


Etiketlər:  İllərdir filmlərdə gördüyümüz zombilər realdır Harada gizləndikləri bilindi


RƏYLƏR