Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” 18 yaşlı müdafiəçiyə elçi düşdü

“Real” 18 yaşlı müdafiəçiyə elçi düşdü

Tarix: 9 Mart 2024 16:20

"Rael" heyətinə 18 yaşlı futbolçu qatmağa hazırlaşır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İspaniya klubu mərkəz müdafiəçisi Leni Yoronu transfer etməyə qərar verib.

Madridlilər gənc istedadın "Lill"dən keçidi üçün danışıqlara başlayacaq. Onun transfer qiyməti 30 milyon avro ilə dəyərləndirilir.

Leninin xidmətində PSJ də maraqlıdır. Lakin "Lill" rəhbərliyi müdafiəçini "Real"a satmaq istəyir.

Qeyd edək ki, Yoro cari mövsümün 32 matçında 3 qol vurub. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Milli.Az


Etiketlər:  Real yaşlı müdafiəçiyə elçi düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ