Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin bu ölkəyə kimyəvi maddə məhsulları ixracı azalıb

Türkiyənin bu ölkəyə kimyəvi maddə məhsulları ixracı azalıb

Tarix: 9 Mart 2024 17:48

Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə, 33,3 faiz azaldaraq, 193 milyon dollara çatdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin fevral ayında Türkiyənin Rusiya Federasiyasına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 23,5 faiz azalaraq, 103,6 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıraraq 5 milyon dollara çatdırıb.

2024-cü ilin fevral ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artaraq, 2,6 milyon dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024-fevral 2023) Türkiyə 30,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.


Etiketlər:  Türkiyənin ölkəyə kimyəvi maddə məhsulları ixracı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ