Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2024 23:16
ABŞ və Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyə öhdələrinə götürürlər.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci toplantısı münasibətilə verilən açıqlamada bildirilib.
"Martın 7-də ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmilərinin rəhbərlik etdiyi açıq, birgə strateji müzakirələr, ardınca isə martın 8-də katib Blinken ilə nazir Fidan arasında görüş baş tutub.
Cənubi Qafqaz məsələsində Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifahı təşviq edəcəyinə dair razılığa gəliblər", - açıqlamada qeyd olunub.