Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2024 16:14
ABŞ Prezidenti Co Bayden, Corciya ştatının cənubundakı Atlantada seçki kampaniyası zamanı çıxış edərkən Fələstin tərəfdarı olan gənc fəal onun sözünü kəsib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Sən diktatorsan, soyqırım tərəfdarısan, Co!" deyən fəalın qışqırıqları mitinqə toplaşanlar arasında xeyli səs-küy doğurub.
Daha sonra həmin şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən aparılıb.