Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi yuxudan oyatdığı üçün bir gecədə 56 nəfəri öldürüb, 37 nəfəri yaraladı - Uiryeonq qətliamı - FOTOlar

Sevgilisi yuxudan oyatdığı üçün bir gecədə 56 nəfəri öldürüb, 37 nəfəri yaraladı - Uiryeonq qətliamı - FOTOlar

Tarix: 10 Mart 2024 17:58

Lazımsız yerə həyatını itirən insanlar həqiqətən ürəkağrıdıcıdır.

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, 2011-ci ildə Norveç qırğınından sonra dünyada ikinci ən böyük fərdi qətliam olan Uiryeong qətliamı Cənubi Koreyada bir polis məmuru tərəfindən həyata keçirilib.

27 yaşlı Vu Bum-Kon 1982-ci ilin aprelində bir gecədə 56 nəfəri öldürmüş, 37 nəfəri yaralamışdı.

Qırğının necə başlaması isə, olduqca qəribədir. Deyilənlərə görə, Vu səhər saatlarında sevgilisi ilə dava edirmiş.

Dava səbəbi Vu yatarkən sinəsinə milçək qonması və sevgilisinin milçəyi vurmaq istəyərkən Vunun oyanması olub. Vu oyanır və içməyə gedir.

Bir neçə saatdan sonra evə qayıdan Vu çox sərxoş olub. Həmin şəxs əvvəlcə sevgilisini döyür, sonra isə evdəki bütün mebelləri dağıtmağa başlayır.

Evdən çıxdıqdan sonra qətliam üçün silah almağa gedən Vu polis bölməsindən külli miqdarda silah oğurlayaraq axşam saat 21:30-da qırğına başlayıb.
O, əvvəlcə yerli poçt şöbəsinə gedir və içəridəki üç nəfəri öldürür. Daha sonra kömək çağırmaq istəyənlərin qarşısını almaq üçün telefon naqillərini kəsir.

Poçt şöbəsindən çıxan Vu supermarketə qumbara atır və oradan keçən insanları güllələyir, daha 6 nəfəri öldürür.

Ətraf şəhərləri gəzməyə və böyük rahatlıqla qırğınlar həyata keçirməyə davam edir. İstədiyi evə girib adam öldürür.

Ən acınacaqlısı odur ki, polis olduğu üçün insanlar onun zərər verə biləcəyinə şübhə etmirlər. Polis kimliyini göstərən və insanların etimadını qazanan Vu, evlərdə qarşısına çıxan hər kəsi öldürür.

Qırğını bu şəkildə davam etdirən Vu axşam saat 22:30 radələrində uşağı girov götürür. Uşaqdan içki almasını tələb edən Vu, içkini götürən kimi həm uşağı, həm də market sahibini öldürür.

Qeyd edilən saata qədər (22:30) artıq 18 nəfər ölsə də, gecənin qalan hissəsində də evlərə girərək insanları yatdıqları yerdə öldürməyə davam edir.

Səhərə qədər şəhərdə məhəllə-məhəllə gəzib, yuxudan oyatdığı insanların evlərinə girərək Koreya agenti axtardığını deyib, sonra isə dərhal onları öldürüb. Sonda Vunun gizləndiyi ev mühasirəyə alınsa da, o həmin evdə girov götürdüyü ailə ilə birlikdə özünü partladıb, 56 nəfər ölüb.

Bu hadisədən sonra ölkənin daxili işlər naziri istefa verir. Vunun sevgilisi bildirib ki, sevgilisi aşağılıq kompleksinə malik olub.  Evlənmədən birlikdə yaşadıqları üçün daim şəhər əhalisi tərəfindən sıxışdırılıb.


Etiketlər:  Sevgilisi yuxudan oyatdığı üçün gecədə nəfəri öldürüb nəfəri yaraladı Uiryeonq qətliamı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ