Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu bu tarixdə əks-hücuma keçəcək

Ukrayna ordusu bu tarixdə əks-hücuma keçəcək

Tarix: 11 Mart 2024 08:18

Ukrayna ordusu kifayət qədər döyüş sursatı və şəxsi heyəti olduğu halda bütün cəbhə xətti boyunca hücuma keçə bilər.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu "Aydar" batalyonunun keçmiş tağım komandiri Yevgeni Diki deyib.

Onun sözlərinə görə, Ukrayna bir ay, ya da ay yarımdan sonra cəbhədə fürsət pəncərəsi açacaq:

"Cəbhədə iki kritik problemimiz var idi: sursat və kadr çatışmazlığı. Ordumuzda iriçaplı sursat çox qıt idi. Bu problem artıq demək olar ki, həll olunub, çünki döyüş sursatları artıq cəbhəyə gedib. Və bunu artıq birbaşa cəbhədə müşahidə etmək olar. Artilleriya yenidən işə başladı və canlandı".

Milli.Az


Etiketlər:  Ukrayna ordusu bu tarixdə əks hücuma keçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ