Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2024 12:36
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasına məxsus avtomobil qəzaya düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Shamshyan.com" portalı yayıb.
Hadisə bu gün səhər saatlarında Sünik vilayətində Tatev-Lçen yolunda qeydə alınıb.
Bildirilir ki, "Nissan Pathfinder" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.
Sükan arxasında Avstriya vətəndaşının, sərnişinlərin isə Polşa vətəndaşları olduğu qeyd olunub.