Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özəl günündə qızı onu tək qoymadı - FOTO

Özəl günündə qızı onu tək qoymadı - FOTO

Tarix: 11 Mart 2024 17:40

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyevanın yubileyi münasibətilə Gənc Tamaşaçılar Teatrında "Gerçəkləşməyən arzular" adlı tədbir keçirilib. Gecədə aktrisa illərdir arzusunda olduğu 5 obrazı canlandırıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Allahverdiyevanı izləməyə gələnlər arasında qızı Məryəm də yer alıb. O, bir dəstə ağ qızılgüllə anasını təbrik edib. 

Qeyd edək ki, N.Allahverdiyeva Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşalarından səhnələr canlandırıb. 


Etiketlər:  Özəl günündə qızı tək qoymadı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ