Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2024 17:00
2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin İskenderun limanı 9 milyon 398 min 262 ton yük qəbul edib.
Sonxeber.net bildirir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 415 min 586 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 982 min 676 ton yük daşınıb.
"2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin İskenderun limanından 1 milyon 209 min 875 ton tranzit yük aşırılıb", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 426 min 167 ton olub.
Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.
2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton transit yük daşınıb.
Bununla yanaşı, bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.
2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.
Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.