Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onlar lazımi qurumlar tərəfindən ortaya çıxarılacaq"

Tarix: 12 Mart 2024 17:20

Xəbər verdiyimiz kimi, ötən gün məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı teleqram kanallarının birində məlumat yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xalq artisti Tünzalə Ağayeva məsələ ilə bağlı paylaşım edib.

"Panika və narahatlıq yaradan bu cür xəbərin sonunda boş bir xəbər olacağına ümid edirəm. İnsanların rahat həyatını pozmağa cəhd göstərənlər, inşallah, ən tez zamanda lazımi qurumlar tərəfindən ortaya çıxarılacaqlar. Hər birimizin diqqətli və ehtiyatlı olacağına inanıram. Allah yar və yardımcınız olsun" deyə, müğənni paylaşımında yazıb. 

Milli.Az


Etiketlər:  Onlar lazımi qurumlar tərəfindən ortaya çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ