Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya vilayətində raket təhlükəsi elan edildi: “Sığınacaqlara!” - FOTO

Rusiya vilayətində raket təhlükəsi elan edildi: “Sığınacaqlara!” - FOTO

Tarix: 12 Mart 2024 18:06

Rusiyanın Voronej vilayətində raket təhlükəsi elan edilib, sakinlərdən sığınacaqlara getmələri istənilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev özünün "Telegram" kanalında məlumat verib.

"Hörmətli Voronej sakinləri! Diqqət, regionda raket təhlükəsi elan edilir! Əgər evdəsinizsə, möhkəm divarları olan və pəncərələri olmayan otaqlara sığınmaq lazımdır. Bu, dəhliz, hamam, anbar ola bilər. Əgər küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa girin", - deyə o, sakinlərə çağırış edib.

Milli.Az


Etiketlər:  Rusiya vilayətində raket təhlükəsi elan edildi Sığınacaqlara FOTO


RƏYLƏR