Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paltar yumaq üçün nə qədər yuyucu toz lazımdır?

Paltar yumaq üçün nə qədər yuyucu toz lazımdır?

Tarix: 12 Mart 2024 23:15

Bəzi evdar qadınlar paltar yuyarkən həddindən artıq çox yuyucu toz əlavə edir. Hətta bəzən bu bir stəkan qədər olur. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu təkcə evdar qadınlar deyil, bir çox insan edir.

Amma camaşırlar çox çirkli olsa, pis qoxu gəlsə belə, çoxlu miqdarda kimyəvi maddələrin istifadəsi düzgün deyil. 

Bu zaman məişət texnikası sinfini nəzərə almaq lazımdır. Burada elektrik enerjisinə qənaət etmək qabiliyyəti deyil, öz vəzifəsini effektiv şəkildə yerinə yetirmək nəzərdə tutulur.

Paltaryuyan maşınların ən son modelləri yüksək səmərəli məişət texnikası kimi təsnif edilir.

Onlar sizə su, elektrik enerjisi və məişət kimyəvi maddələrə qənaət etməklə paltarlarınızı səmərəli şəkildə yumağa imkan verir.

Əgər paltaryuyan maşınınıza kiçik ölçülüdürsə, standart paltarlar üçün stəkanın dörddə birindən çox olmayan yuyucu toz tələb olunur.

Köhnə ləkələr və ya ciddi kirlər olduqda, miqdarı stəkanın yarısına qədər artıra bilərsiniz.

Əgər yüksək səmərəli məişət texnikası haqqında danışırıqsa, onda 2-3 xörək qaşığı yuyucu toz lazımdır.

Yuyucu geldən istifadə edərək, standart bir maşın üçün iki qaşıq və yüksək effektiv maşın üçün isə iki çay qaşığı tökün.

Bəs, çox yuyucu toz əlavə edildikdə nə baş verə bilər? 

1. Bu zaman paltar yuyulduqdan sonra selikli, yapışqan və sabunlu görünə bilər.

2. Maşında bir örtük görünə bilər. Bu da xoşagəlməz bir qoxuya səbəb ola bilər.

3. Paltar quruduqdan sonra sərt, boz və ya qaralmış görünə bilər.

Milli.Az


Etiketlər:  Paltar yumaq üçün qədər yuyucu toz lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ