Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bayer"də "Qarabağ"la oyun öncəsi CİDDİ İTKİLƏR - FOTO

Tarix: 13 Mart 2024 14:10

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer"də heç də bütün futbolçular oyuna hazır deyil.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, konkret olaraq 3 futbolçu sabahkı görüşdə baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq. Braziliyalı müdafiəçi Artur qasıq nahiyəsindən zədəlidirsə, komandanın aparıcı hücumçusu Viktor Bonifeysin əzələsində problem var. Həmçinin yarımmüdafiəçi Noay Mbamba da görüşü tribunadan izləməli olacaq.

Qeyd edək ki, sabah Leverkuzendə keçiriləcək "Bayer" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.

Milli.Az


Etiketlər:  Bayerdə Qarabağla oyun öncəsi CİDDİ İTKİLƏR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ