Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni xüsusi təyinatlılar evə basqın etdi, jurnalisti döydü

Erməni xüsusi təyinatlılar evə basqın etdi, jurnalisti döydü

Tarix: 13 Mart 2024 18:42

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları səhər saat 7-də evimizə soxularaq atam, Daşnaksütyun partiyasının üzvü Qagik Sərkisyanı həbs etdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni jurnalist Aram Sərkisyan Feysbuk səhifəsində yazıb.

"Zorla yerə uzandırdılar, hamı dəhşətə gəldi, məni döydülər, anamı qorxutdular, bir neçə saat evdə axtarış apardılar. İndi atamın harada və hansı vəziyyətdə olduğunu bilmirik. Səbəb barədə hələ heç nə deməyiblər. Əminəm ki, bu, onun müxalif siyasi baxışları və siyasi fəaliyyəti ilə bağlıdır. Bilmirəm nə etmişik ki, doğma ölkəmizin "demokratik" hakimiyyəti bizə ən təhlükəli cinayətkarlar kimi yanaşır", - o bildirib.

Milli.Az


Etiketlər:  Erməni xüsusi təyinatlılar evə basqın etdi jurnalisti döydü


RƏYLƏR