Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstələnməmək üçün hər gün bolqar bibəri yeyin!

Xəstələnməmək üçün hər gün bolqar bibəri yeyin!

Tarix: 14 Mart 2024 08:39

Xəstələnməmək və damarları qorumaq üçün C vitamini lazımdır. O isə limon və bolqar bibərində çoxdur.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim Nataliya Denisova profilaktika üçün gündə azı 1 ədəd bolqar bibəri yeməyi tövsiyə edib.

"Bu tərəvəz orqanizmi bakterial və virus infeksiyalarına qarşı dözümlü edir. Bibərdə olan C və PP vitamini damarların vəziyyətini yaxşılaşdırır. Orqanizmdə askorbin turşusunun çatışmazlığı yorğunluğa səbəb olur, immuniteti zəiflədir, damarları partladır, yaralar gec sağalır.

100 qram bibərdə sutkalıq norma var. Bolqar bibəri kaliylə də zəngindir. O, su-duz balansını tənzimləyir. Bibər yeyənlərin təzyiqi də stabilləşir. Normada günə 1, hətta yarım bibər yemək kifayətdir. Hətta qışda istixana bibərində də C vitamini var. Bibəri sobada bişirəndə C vitamini parçalansa da, likopin və beta karotinlər artır.

Bunlar da iltihab və xərçəngə qarşıdır", - N.Denisova qeyd edib.

Milli.Az


Etiketlər:  Xəstələnməmək üçün hər gün bolqar bibəri yeyin


RƏYLƏR