Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il Türkiyənin Bandırma limanı 200-ə yaxın gəmi qəbul edib

Bu il Türkiyənin Bandırma limanı 200-ə yaxın gəmi qəbul edib

Tarix: 15 Mart 2024 19:24

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Bandırma limanı 182 gəmi qəbul edib.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Bandırma limanı Türkiyə bayrağı altında üzən 27, digər ölkələrin bayraqları altında üzən 155 gəmi qəbul edib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 426 min 167 ton olub.

Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.

2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton transit yük daşınıb.

Bununla yanaşı, bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.

2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.

Milli.Az


Etiketlər:  Bu il Türkiyənin Bandırma limanı 200 ə yaxın gəmi qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ