Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi keçən il 15 faiz artıb

Prezident: Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi keçən il 15 faiz artıb

Tarix: 16 Mart 2024 15:06

Bizim ticarət dövriyyəmiz də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

"Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az


Etiketlər:  Prezident Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi keçən il 15 faiz artıb


RƏYLƏR