Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatıb

İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatıb

Tarix: 16 Mart 2024 17:36

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına rəsmi səfəri martın 16-da başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola saldılar.

Milli.Az


Etiketlər:  İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatıb


RƏYLƏR