Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O deyəndə ki, vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm - Qüdrət Həsənquliyev Əli Kərimlinin ağ yalanı barədə

O deyəndə ki, vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm - Qüdrət Həsənquliyev Əli Kərimlinin ağ yalanı barədə

Tarix: 18 Noyabr 2019 10:09

Bakı. Elçin Mehdiyev - Trend:

"Əli Kərimli nəinki döyüşməyib, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb. O vaxt biz BDU-da qərara aldıq ki, tələbələr Laçına özünümüdafiə dəstələrinə köməyə getsinlər. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkili çəkdirib qayıtdı".

Trend-in məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili AXCP sədri Əli Kərimlinin guya Qarabağ döyüşlərində iştirak etdiyini iddia etməsinə münasibət bildirərkən bildirib:

"O, həmişə deyəndə ki, mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm.100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  deyəndə vuruşmağa getmişdim mən dəhşətə gəlirəm Qüdrət Həsənquliyev Əli Kərimlinin yalanı barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ