Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qafqaz əsiri"nin "Nina"sı xəstəxanaya yerləşdirildi

Tarix: 17 Mart 2024 15:40

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində Nina obrazını canlandıran Xalq artisti Natalya Selezneva ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə 78 yaşlı sənətçi özü məlumat yayıb. O, üç gündür xəstəxanada olduğunu bildirib:

"Mən bir yerdə virus infeksiyasına yoluxdum. Xəstəxanada olmağım yaxşıdır, çünki məni evdə bu vəziyyətdən çıxarmazdılar. Nə vaxt evə buraxılacağım bəlli deyil".

Milli.Az


Etiketlər:  Qafqaz əsirinin Ninası xəstəxanaya yerləşdirildi


RƏYLƏR