Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Tarix: 18 Noyabr 2019 11:33

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Fərhad Yunis oğlu kənd sakini İsmayılov Manaf Baba oğlunun həyətində qohumu, 1997-ci il təvəllüdlü İsmayılov Mayıl Sabir oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində F.Məmmədov M.İsmayılovu kürək nayihəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ