Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürüldü

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürüldü

Tarix: 18 Mart 2024 17:42

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürülüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces - İDF) və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabak və ya Şin Bet) birgə bəyanatında deyilir.

Qeyd olunub ki, adıçəkilən qurumların anklavın Əl-Şifa xəstəxanasında həyata keçirdiyi birgə hərbi əməliyyatlar zamanı HAMAS-ın daxili təhlükəsizlik departamentinin rəhbəri Faiq Məbhux (Faiq Mabhuoch) öldürülüb.

Bildirilib ki, o, anklavda təşkilatın fəaliyyətinin koordinasiyasına cavabdeh idi.

Xatırladaq ki, İsrail ordusu HAMAS-ın yüksək rütbəli üzvlərinin xəstəxanada olması ilə bağlı kəşfiyyat məlumatlarını əldə rəhbər tutaraq Əl-Şifada hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində təşkilatın silahlıları da daxil olmaqla 60-dan çox adam saxlanılıb.


Etiketlər:  Qəzzada HAMAS rəhbər şəxslərindən biri öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ