Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 18:06
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında uğurlu çıxışını davam etdirir.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 29 yaşlı müdafiəçi LKS-in heyətində keçirdiyi son matçda da özündən söz etdirib.
O, son çempion "Rakuv"la qarşılaşmada xoş təsir bağışlayıb. Polşa mətbuatı onun oyununu yüksək qiymətləndirib: "Rahil yaxşı oyun keçirdi. O, Polşa çempionu ilə matçda Lodz klubunun müdafiəsinin lideri idi".
Qeyd edək ki, çempionatın autsayderi olan LKS ev oyununda bir xal qazanıb - 1:1.