Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəbnəm oğluna ad günü etdi - VIDEO - FOTO

Şəbnəm oğluna ad günü etdi - VIDEO - FOTO

Tarix: 19 Mart 2024 11:55

Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladının ad günü olduğunu vurğulayıb. Şəbnəm oğlu üçün şəhər restoranlarından birində övladına ad günü edib.

Görüntüləri izləyiciləri ilə bölüşən Ş.Tovuzlu "Əli eşqdir. Şükür səni verən Allaha. Nə yaxşı ki, varımsan, canım oğlum, yeni yaşın mübarək. Allahım səni qəlbi qara insanlardan qorusun. Atanın, ananın nəfəsi, bacısının qəhrəmanı" sözlərini yazıb.

Qeyd edək ki, Şəbnəmin Günel adlı bir qız övladı da var. 

Milli.Az


Etiketlər:  Şəbnəm oğluna ad günü etdi VIDEO FOTO


RƏYLƏR