Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 23:20
Məşhur müğənni Ariana Qrande boşanıb, keçmiş əri Dalton Qomezə təzminat ödəyəcək.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, üç illik evliliklərinə son qoyan 30 yaşlı müğənni Ariana Qrande və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton Qomez ərizə verdikdən 6 ay sonra rəsmi olaraq boşanıblar.
Evlilik müqaviləsinə görə, Qrande Qomezə boşanma təzminatını ödəyəcək. Buna səbəb Ariananın ərinə xəyanət etməsi göstərilir.
Razılaşmaya görə, Ariana Qrande Dalton Qomezə 1 milyon 250 min dollar (birdəfəlik) ödəyəcək, Los-Ancelesdəki evinin satışından əldə olunan gəlirin yarısını ona verəcək. O, vəkilinə 25 min dollar ödəyib.
Qeyd edək ki, cütlüyün övladı yoxdur.