Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu

Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu

Tarix: 20 Mart 2024 04:04

Dünyanın ən çirkli havasına malik şəhər və paytaxtın adı açıqlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə İsveçrənin IQAir təşkilatının hazırladığı 2023-cü il üçün dünya havasının keyfiyyəti ilə bağlı araşdırmada deyilir.

Qeyd olunub ki, dünyanın ən çirkli havasına malik paytaxt Dehli, ən çirki havası olan şəhəri isə Hindistanın Bequsaray şəhəridir. Araşdırmada qeyd olunub ki, 2018-ci ildən bəri Hindistan paytaxtı dörd dəfə dünyanın ən çirkli paytaxtı seçilib.

Atmosferin bu dərəcədə çirklənmə səviyyəsində tənəffüs yolları xəstə olan insanların respirator taxmaları, qapalı məkanlarda pəncərələri bağlamağı və hava təmizləyən qurğulardan istifadə etmələri, həmçinin açıq havada idmanla məşğul olmaqdan çəkinmələri tövsiyə olunur.

Milli.Az


Etiketlər:  Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu


RƏYLƏR