Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerə güclü maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

Yerə güclü maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

Tarix: 20 Mart 2024 07:15

Ekspertlərin məlumatına görə, martın 17-də Qrinviç vaxtı ilə saat 01:00-da Günəşdə iki tac kütləsinin atılmasına səbəb olan püskürmə baş verib: biri cənub-şərq istiqamətində, digəri isə cənub-qərbdə.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kosmik Havanın Proqnozlaşdırılması Mərkəzinin (SWPC) mütəxəssisləri püskürmələrin Yerə doğru trayektoriyada olduğunu və martın 20-də və 21-nin başlanğıcında təkrar afterşoka çatacağını iddia edirlər.

Proqnozlar göstərir ki, Yerin geomaqnit sahəsi martın 20-nin birinci yarısında sabit qalacaq. Lakin martın 20-nin sonrakı saatlarında aktiv fazalar və G1 kateqoriyalı maqnit qasırğası ehtimalı var.

Milli.Az


Etiketlər:  Yerə güclü maqnit qasırğası yaxınlaşır təhlükəli tarixlər AÇIQLANDI


RƏYLƏR