Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Dövlət Departamenti: Demarkasiya məsələsinə xüsusi diqqət yetiririk

ABŞ Dövlət Departamenti: Demarkasiya məsələsinə xüsusi diqqət yetiririk

Tarix: 20 Mart 2024 08:40

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə xüsusi diqqət verir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə söyləyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə köklənən sadəcə dövlət katibi Entoni Blinken deyil:

"Baxın, bu, xüsusi diqqət ayırmağa davam etdiyimiz məsələdir. Bu, sadəcə dövlət katibinin deyil, həm də dövlət katibinin köməkçisi O'Brayenin (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen - red.), habelə baş müşavir Bononun (ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono - red.) müvafiq həmsöhbətlərlə qarşılıqlı əlaqə quraraq kökləndiyi məsələdir".

"Lakin sizin üçün bundan başqa heç bir məlumatım yoxdur", - Patel sual ünvanlamış jurnalistə deyərək yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  ABŞ Dövlət Departamenti Demarkasiya məsələsinə xüsusi diqqət yetiririk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ