Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 16:08
Avropa ödənişini etsə, ABŞ NATO-dan çıxmayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti, hazırki prezidentliyə namizəd Donald Tramp deyib.
O bildirib ki, Avropa ölkələri "ədalətli oynasalar", ABŞ 100 faiz NATO-da qalacaq.
Tramp vurğulayıb ki, Avropa Amerikanın dəstəyindən istifadə etməməli, müdafiə xərclərini ödəməlidir:
"NATO ABŞ-la ədalətli davranmalıdır, çünki ABŞ olmasaydı, NATO sözün əsl mənasında mövcud olmazdı".