Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''iPhone'' həvəskarlarına ŞAD XƏBƏR: ''iOS 18''in buraxılış tarixi MƏLUM OLDU

''iPhone'' həvəskarlarına ŞAD XƏBƏR: ''iOS 18''in buraxılış tarixi MƏLUM OLDU

Tarix: 20 Mart 2024 22:04

"MacRumors" nəşrinin jurnalistləri açıq məlumatlara əsaslanaraq "iOS 18"in buraxılış tarixini proqnozlaşdırıblar.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə medianın saytında məlumat verilib.

Portal müəllifləri əvvəlki "Apple developer" konfranslarının tarixlərini təhlil edərək, WWDC 2024-ün böyük ehtimalla 3 iyun və 7 iyun tarixləri arasında keçiriləcəyini bildiriblər. Bununla belə, şirkət tədbiri iyunun 10-dan 14-dək keçirə bilər. Konfransda "iPhone" üçün əməliyyat sisteminin yeni nəsli olan "iOS 18"in buraxılması gözlənilir.

Belə ki, 2023-cü ildə "Apple" 5-9 iyun, 2022-ci ildə 6-10 iyun, 2021-ci ildə 7-11 iyun tarixlərində tədbir keçirib. Korporasiyanın WWDC adlandırdığı gün ən çox mart və ya aprel aylarıdır. Beləliklə, 2023-cü ildə Apple WWDC-ni martın 29-da, 2022-ci ildə - aprelin 5-də, 2021-ci ildə - 30 martda elan edib.. Çox güman ki, tədbirin tarixi martın 26-dan 29-a kimi açıqlanacaq.

Tədbirdə jurnalistlər "iOS 18"in elanı ilə yanaşı, "iPadOS 18", "macOS 15", "watchOS 11", "tvOS 18", "HomePod Software 18" və "VisionOS 2"nin təqdimatını da gözləyirlər.Əməliyyat sistemlərinin beta versiyaları dərhal tərtibatçıların ixtiyarına veriləcək.

Fevralın sonunda insayderlər növbəti "Apple" əməliyyat sisteminin "A12 Bionic" prosessoru və daha yeni qurğularla "iPhone"da mövcud olacağını bildiriblər. Belə ki, "iOS 18" "iPhone Xs" və "iPhone Xr", eləcə də daha müasir smartfonlarda buraxılacaq.

Milli.Az


Etiketlər:  iPhone həvəskarlarına ŞAD XƏBƏR 18in buraxılış tarixi MƏLUM OLDU


RƏYLƏR