Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2024 11:58
Polşa Belarusla sərhədini modernləşdirməyə başlayır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek deyib.
"Görülən tədbirlərə baxmayaraq, miqrantların sərhəddən qeyri-qanuni keçidinin davam etməsi səbəbindən səddin yaxşılaşdırılması üçün işlərə başlamaq qərara alındı", - deyə o bildirib.
Nazir müavini qeyd edib ki, hökumət hasarın həm fiziki, həm də elektron komponentlərindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır:
"Hasar kifayət qədər etibarlı deyil və onun effektivliyini artırmaq üçün tədbirlər görülməlidir".
O, əlavə edib ki, iş geniş miqyasda aparılacaq və təklif olunan həllərin qiymətləndirilməsi elmi-texniki mərkəzlərin iştirakı ilə artıq həyata keçirilir.