Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2024 12:28
Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyinin (AB) elektrik şəbəkələrinin Qərbi Balkan və Cənubi Qafqazla birləşdirilməsini təklif edib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, o, bu barədə Belçikada keçirilən beynəlxalq nüvə enerjisi sammitində çıxışı zamanı danışıb.
"Gördüyümüz işlərdən əlavə, elektrik şəbəkəsi və onun qarşılıqlı əlaqəsini qurmaq üçün birlikdə işləməliyik. Bu, ucuz elektrik enerjisi üçün əsas oyun dəyişikliyi olacaq. AB, Qərbi Balkan və Cənubi Qafqaz vahid şəbəkədə birləşdirilməli və investisiyalar qoyulmalıdır", - Makron bildirib.