Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada konsert zalında dəhşət: 147 ölü, 154-dən çox yaralı - YENİLƏNİR - VİDEO - FOTO

Moskvada konsert zalında dəhşət: 147 ölü, 154-dən çox yaralı - YENİLƏNİR - VİDEO - FOTO

Tarix: 24 Mart 2024 12:28

12:20
 

"Crocus City Hall"da törədilən terror aktında xəsarət alanların sayı 154 nəfərə çatıb, 147 nəfər həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyi bildirib.

------

09:04

Moskava vilayətinin "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında yaralananların sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Operativ qərargahın yenilənmiş məlumatlarına əsasən xəsarət alanların sayı 152-yə çatıb.
Bu barədə idarənin saytında məlumat verilir.

Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində 147 nəfərin öldüyünü bildirmişdi.

-------------

23:52

Martın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub.

-------

22:46

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq "Crocus City hall"da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib.

"Report"un TASS-a istinadən məlumatına görə, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb.

Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. "Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən edildikdən sonra siyahılar yenilənəcək", - nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyi həmçinin Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq zərərçəkənlərin siyahılarını dərc edir.

--------

19:28

"Crocus"-da terror aktı törətməkdə şübhəli bilinərək saxlanılanların hamısı əcnəbi vətəndaşlardır. 

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

--------

19:02

Rusiyada "Uralsib" və "Alfa Bank" terrorda ölənlərin kreditlərini siləcək. "Alfa Bank" həmçinin yaralıların və onların ailələrinin bütün kreditlərini siləcək.

--------

15:14

Terror aktı qurbanlarının sayı 150 nəfərə çatıb.

--------

15:10

Terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb.
-------

14:02

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

--------

12:43

"Crocus City Hall"da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olmasına dair məlumat yayılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Moskva vilayəti Səhiyyə Nazirliyi terror aktında həlak olanların ilkin siyahısını açıqlayıb.

37 nəfərin olduğu siyahıda Vüqar Hüseynov adlı bir azərbaycanlı da yer alıb.

"Crocus City Hall"da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olmasına dair məlumat yayılıb.

Onun 20.07.1983 təvəllüdlü olduğu qeyd olunub.

Qeyd edək ki, siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var.

-----------

08:46

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

--------

08:28

"Crocus" konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

--------

07:58

Moskvadakı terror aktında həlak olanlardan birinin azərbaycanlı olduğu ehtimal edilir.

Axar.az xəbər verir ki, Moskva vilayətinin Səhiyyə Nazirliyinin saytında "Krokus Siti Holl"a edilən terror hücumunda həyatını itirənlərin adları açıqlanıb.

Siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var.

--------

01:55

Moskvada "Crocus City Hall" konsert zalında terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi təsdiqlənmir.

APA xəbər verir ki, İŞİD-in teleqram kanalında və digər rəsmi səhifələrində qruplaşmanın terror aktını öz üzərinə götürməsi barədə heç bir bəyanat və açıqlama yoxdur.

-------

01:34

İŞİD terror qruplaşması Moskvada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

-------

01:28

İstintaqın məlumatına görə, 4 terrorçu insanları güllələyib, "Crocus City Hall"ı qaçaraq tərk ediblər, əvvəlcədən hazırladıqları paltarları geyiblər və ağ "Reno Simbol"a oturaraq aradan çıxıblar.

Pilləkənlərin yanında 4 ədəd yanmış kamuflyaj aşkar edilib.

-------

01:08

Moskvada baş verən hadisə nəticəsində başlayan yanğın söndürüldü.

-------

01:00

Rusiya KİV: Moskvadakı terror aktının şahidləri bildirir ki, terrorçular asiyalı və qafqazlı kimi görünüşə sahib olublar. Aralarında rusca deyil, başqa dildə danışırdılar.

-------

00:34

Hücumda şübhəli bilinən şəxslərin FOTOları

---------

00:22

RF Fövqəladə Hallar Nazirliyi: "Crocus City Hall" da yanğın sahəsi təxminən 13 min kvadrat metrdir.  Yanğın hələ lokallaşdırılmayıb

---------

00:13

Rusiya Federasiyası "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edəcək

---------

00:09

Prezident İlham Əliyev Putinə baş sağlığı verib:

"Hörmətli Vladimir Vladimiroviç,

"Crocus City Hall" konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm".

---------

00:07

Moskvadakı konsert salonunun parkinq yerində üzərində köhnə Ukrayna nömrəsi olan mikroavtobus aşkarlanıb. FSB onun hadisədəki iştirakını araşdırır.

Artıq Rusiya ictimaiyyətində hadisəni Ukraynaya bağlamaqla bağlı çağırışlar var.

Rusiyalı oliqarx Konstantin Malofeyev yazıb ki, "bu hadisədən yola çıxaraq Ukraynaya 48 saat vaxt verək və ölkəni darmadağın edək".

Bəzi analitiklər hesab edir ki, Kreml bu hadisədən istifadə edərək sürətli səfərbərlik həyata keçirə bilər.

---------

00:06

Moskvaya giriş-çıxışlar hüquq-mühafizə orüanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

---------

00:05

Yaralıları təxliyə etmək üçün təcili tibbi yardım maşınları səfərbər olunur.

---------

00:04

Hadisədə ölənlərin bir çoxunun şəxsiyyətləri dəqiqləşdirilib. Əksəriyyəti güllə yaralarından və dəm qazından zəhərlənmədən əziyyət çəkib.

1. Seldeva Olqa
2. Seldeva Alina
3. Biryukov Vladimir Vadimoviç - 42 yaş
4. Denisov Andrey Mixayloviç - 34 yaş
5. Nemaltsev İlya - 42 yaş
6. Uyutova Valeriya Valerievna - 31 yaş
7. Aqapova Mariya Yurievna - 52 yaş
8. Alimbekov Mirlanbek Alimbekoviç - 28 yaş
9. Alina S. - 11 yaş
10. Leşin İlya Anatolyeviç - 50 yaş
11. Moryakin Nikolay Nikolayeviç - 46 yaş
12. Kazanskaya Elena Aleksandrovna - 43 yaş
13. Komylyatova Yekaterina Anatolyevna - 45 yaş
14. Dmitri B. - 11 yaş
15. Juravlev Pavel Georgiyeviç
16. Miqur Nikita Andreeviç - 26 yaş
17. Taletskaya İrina Viktorovna - 43 yaş
18. Razukov Najmudin Saidbekoviç - 33 yaş
19. Prasulova İnna Hüseynovna - 41 yaş
20. Qolubev Roman Yurieviç - 47 yaş
21. Pustotin Pavel Aleksandroviç - 24 yaş
22. Zaxarova Yuliya Rüstəmovna - 33 yaş
23. Bedrik Oksana Vladimirovna
24. Cherdantseva Elena Dmitrievna (ana)
25. Çerdantseva Yuliya Viktorovna (qızı)
26. Zaitseva Tatyana Sergeevna - 34 yaş
27. Smolyakova Anna Vladimirovna - 41 yaş
28. Stebenkova Diana Aleksandrovna - 47 yaş
29. Makarskaya Anna Aleksandrovna - 41 yaş
30. Tatyana Aleksandrovna
31. İlya T. - 8 yaş

---------

00:03

Hücumun baş verdiyi ərazinin yaxınlığındakı məhəllə sakinlərinə olduqları yerə sığınmaları xəbərdarlıq edilib.

---------

22.03.2024

23:59

Dmitriy Medvedyev: ""Əgər terror aktının arxasında Ukraynanın dayandığı müəyyən olunarsa, o zaman bütün hücum edənlər və təşkilatçılar tapılmalı və terrorçu kimi amansızcasına məhv edilməlidir. O cümlədən dövlət məmurları".

---------
23:54

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.

Bu barədə XİN sosial şəbəkədə paylaşım edib.

"Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir", - xarici siyasət idarəsi qeyd edib.

---------
23:53

Özbəkistan Xarici İşlər Nazirliyi Krokusda törədilən terror aktını kəskin şəkildə pisləyib.

---------
23:52

Milli.Az bildirir ki,Rusiyanın "Aeroflot" aviaşirkəti "Crocus City Hall"da baş vermiş faciəyə görə reysini ləğv edən sərnişinlərə aviabiletləri dəyişdirəcək və ya qaytaracaq.

---------
23:49

Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar universitetlərə həftə sonları kütləvi tədbirlərdən imtina etməyi və dərsləri distant təhsilə keçirməyi tövsiyə edib

---------
23:47

Terrorçular tərəfindən öldürülən onlarla insanın cəsədi yanan "Crocus"da qalıb.

Milli.Az bildirir ki, yuxarı mərtəbələr hələ də alov içərisindədir. Yanğınsöndürənlər sağ qalanları axtarır.

---------
23:44

"Crocus City Hall"ın 5 əməkdaşı terror aktından sonra saxlanılıb. Vəziyyəti aydınlaşdırmaq üçün onları polis şöbəsinə aparılıblar.

---------
23:42

İtaliya və Almaniya da Rusiyaya başsağlığı verdi

---------
23:39

İki həftə əvvəl ABŞ, Britaniya, Almaniya və Cənubi Koreyanın Rusiyadakı səfirlikləri öz vətəndaşlarına Moskvada insanların sıx toplaşdığı yerlərdə mümkün hücumlar barədə xəbərdarlıq edib.

O zaman növbəti 48 saat ərzində hücumlar proqnozlaşdırılırdı.

---------
23:33

Moskva metrosunda sərnişinlər gücləndirilmiş nəzarət-baxışdan keçirlər.

"Myakinino" stansiyasına Metropoliten Mühafizə Xidmətinin əlavə qüvvələri, eləcə də metropolitendə polis əməkdaşları gəlib. "Myakinino" stansiyası giriş-çıxış üçün normal işləyir.

---------
23:27

Belarus, Türkiyə, Qazaxıstan və Pakistan Rusiyaya başsağlığı verib.

---------
23:26

Milli.Az bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti terakt zamanı  40  nəfərin öldüyün təsdiqlədi. Ölü sayının  artacağı istisna edilmir.

---------
23:25

Terror aktında şübhəli bilinənlərdən biri saxlanılıb

---------
23:06

Milli.Az bildirir ki, terrorçuların "Crocus City Hall"a gəldikləri avtomobil minalanmış vəziyyətdə avtomobil dayanacağındadır. Avtomobildəki əldəqayırma partladıcı qurğunun zərərsizləşdirilməsinə hazırlıq gedir

---------
22:56

Hadisə yerində olan azərbaycanlı Asya Cəfərova danışdı:

"Hər şey "Krokus Siti Holl" başladı, biz "Vegas Siti Holl"da Röyanın konsertinin başlamasını gözləyirdik. Zalda tüstü var idi və birdən insanlar küçəyə qaçmağa başladılar, atışma səsləri eşidildi. Küçəyə qaçdıq və gördük ki, "Krokus" yanır. Polis bütün maşınları çıxarmağa başladı. Hər yerdə təhlükəsizlik qüvvələri var. İkinci partlayış eşidildi. Bina yanmağa davam edir.

---------
22:53

Milli.Az bildirir ki, şahidlərdən biri terrorçuları belə təsvir edir: "Ən azı beş nəfərdilər, saqqallı. Onlar hazırlanmış və öyrədilmiş döyüşcülər kimi davranırlar. Binaya girərkən mühafizəçiləri və qapıda dayanan insanları öldürdülər. Sonra əsas giriş bağlandı.

Terrorçular AKM avtomatları ilə silahlanıb. Bəzilərinin müxtəlif döyüş sursatları olan bel çantaları var".

---------
22:49

Hadisə şahidi. "VİP lojada idik. Nə baş verdiyini gördük. Atışma, hər yeri atəşə tuturdular, qışqırıqlar, insanların qanı axırdı.  Kişilər lojanın qapısına barrikada qurdular. Sonra işçilər gəldi və sürətlə bizi pilləkənlərlə yuxarı qaldırdılar. Çox insanlar zalda qaldı".

---------
22:48

Hücum edənlər yeraltı dayanacaqdan "Crocus"fa qalxdılar.  Kəşfiyyat orqanları hücum edənlərdən birinin orada ola biləcəyindən şübhələnirlər.  Hücum edənlərin hansı maşınlarla gəldiyini də müəyyən etmək cəhdləri davam edir.

---------
22:46

"Crocus Group"un birinci vitse-prezidenti Emin Ağalarov hadisə yerinə gəlib.

---------

22:37

"Crocus City Hall"dakı terror aktında yaralananların sayı 130 nəfərə çatdı

--------

22:35

Bu dəqiqələrdə "Crocus City Hall"da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlıları ilə terrorçular arasında atışma gedir.

-------

22:23

Son məlumata görə ölənlərin sayı 40 nəfərə çatıb. 100-dən çox yaralı var.

-------

22:11

Yaralıların sayının 50-yə çatdığı bildirilir.

"Crocus City Hall"dakı yanğının sahəsi 3000 kvadratmetrə qədər ola bilər. Binanın böyük hissəsi yanır. Binanın damı qismən uçub.

-------

21:57

Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.

"Mash" teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.

"Mash" eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.

-------

21:34

Rusiyanın paytaxtı Moskvadakı "Crocus City Hall"da kamuflyajlı naməlum şəxs avtomatdan atəş açıb. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib.

Milli.Az bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs avtomatdan atəş açıb və fişənglər atıb. Qaçan insanlar yerdə ən azı beş nəfər olan yaralıları görüblər. KİV-in məlumatına görə, azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Atəş açanların 3 nəfər olduğu da bildirilir. Hazırda binada yanğın var.

Milli.Az


Etiketlər:  Moskvada konsert zalında dəhşət 147 ölü 154 dən çox yaralı YENİLƏNİR VİDEO FOTO


RƏYLƏR