Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Terakt zamanı “Krokus”da nə qədər adam olub?

Terakt zamanı “Krokus”da nə qədər adam olub?

Tarix: 23 Mart 2024 08:46

Terror aktı zamanı "Krokus Siti Holl"un konsert zalında 6200 tamaşaçı olub.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bildirilib ki, "Piknik" qrupunun saytında konsertdən əvvəl qrupun çıxışı üçün bütün biletlərin satıldığı bildirilirdi. Öz növbəsində "Krokus Siti Holl" öz saytında zalın 6200 tamaşaçı tutduğunu qeyd edib.

Qeyd edək ki, baş verən terror aktı nəticəsində FTX 40 nəfərin öldüyünü, yüz nəfərin yaralandığını təsdiqləyib. Teleqram kanalları isə ölənlərin sayının 130 olduğunu yazır.

Milli.Az


Etiketlər:  Terakt zamanı Krokusda qədər adam olub


RƏYLƏR