Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterreşdən Moskva vilayətindəki terror aktına REAKSİYA

Quterreşdən Moskva vilayətindəki terror aktına REAKSİYA

Tarix: 23 Mart 2024 09:08

BMT-nin Baş katibi Antoniu Quterreş "Krokus siti holl"dakı terror aktını qətiyyətlə pisləyir və Rusiya Federasiyasının xalqı və hökumətinə başsağlığı verir.

Sonxeber.net report-a istinadən xəbər verir ki,bu barədə Baş katibin rəsmi nümayəndəsinin müavini Fərxan Haqın yaydığı bəyanatda qeyd olunub.

"Baş katib bu gün Moskva vilayətindəki konsert zalında 40 nəfərin ölümü (ölənlərin sayı 60-ı ötüb - red.) və 100-dən çox insanın yaralanması ilə nəticələnmiş terror aktını ən kəskin şəkildə pisləyir. Baş katib həlak olanların ailələrinə, Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir", - sənəddə deyilib.

Quterreş həmçinin zərərçəkmişlərin tezliklə sağalmasını diləyib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Krokus siti holl" konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti "Krokus siti holl"a hücumla bağlı rusiyalılara müraciət etməyib. "RİA Novosti" müraciətin anonsunu versə də, sonradan elanı "texniki xəta" adlandırıb.


Etiketlər:  Quterreşdən Moskva vilayətindəki terror aktına REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ