Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada daha bir təxribat: Ssilahlı şəxslər saxlanıldı - VİDEO

Rusiyada daha bir təxribat: Ssilahlı şəxslər saxlanıldı - VİDEO

Tarix: 23 Mart 2024 13:16

Rusiyanın Vladivostok şəhərində, "Sedanka City" ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.

Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.

"Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır - red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb", - deyə məlumatda vurğulanıb.

Milli.Az


Etiketlər:  Rusiyada daha bir təxribat Ssilahlı şəxslər saxlanıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ