Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 19:36
Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişiklik etməklə həm də Rusiya hərbçilərini ölkə ərazisindən çıxarmaq istəyir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Bildirilib ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi gündəmdən düşməyib: "Çünki yalnız yeni konstitusiyada müvafiq müddəaları təsbit etməklə Ermənistan rusları ölkə ərazisindən çıxara bilər. Söhbət 1995-ci il dövlətlərarası müqavilə əsasında fəaliyyət göstərən Gümrüdə yerləşən 102-ci hərbi bazadan gedir. 2010-cu ildə sənədə dəyişikliklər edildi və bazanın yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadıldı. Odur ki, yalnız yeni konstitusiya ilə Ermənistan Rusiya qoşunlarını ölkə ərazisindən çıxara bilər".
Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliyi uzun müddətdir müzakirə olunur.