Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki ölkə Rusiyaya görə matəm elan etdi

İki ölkə Rusiyaya görə matəm elan etdi

Tarix: 24 Mart 2024 00:36

Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq Nikaraqua və Serb Respublikası (Bosniya və Herseqovinanın subyekti - red.) martın 24-ü matəm günü elan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Serb Respublikasının Prezidenti Milorad Dodik Rusiya ilə həmrəylik əlaməti olaraq martın 24-nün matəm günü elan edildiyini bildirib.

Nikaraquada müvafiq qərarı ölkə Prezidenti Daniel Orteqa imzalayıb.

Qeyd edək ki, Moskvada yerləşən "Krokus Siti Holl"da 22 martda baş verən terror hadisəsi nəticəsində 133 nəfər (qeyri-rəsmi mənbələrə görə 150 nəfər) ölüb, 140 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  İki ölkə Rusiyaya görə matəm elan etdi


RƏYLƏR